Telavidə yaşı 60-dan az olan kişi yanğında ölüb
Hadisə ötən gecə, axşam saatlarında rayonun Axateli kəndində baş verib. İddialara görə, tək yaşayan kişi yuxuya gedib və yanan siqaret yanğına səbəb olub. Evin bir hissəsi, ev əşyaları və məişət texnikası yanıb.
Hadisə yerinə yanğınsöndürənlər və polis gəlib. Faktla bağlı araşdırma başlayıb.