Terror aktını PKK öz üzərinə götürüb

Türkiyədə baş verən terror aktına görə məsuliyyəti Kürdüstan Fəhlə Partiyası öz üzərinə götürüb.

Kürdüstan Fəhlə Partiyası (PKK) oktyabrın 23-də Türkiyədə hökumətə məxsus aerokosmik şirkətə qarşı törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Məlumata görə, hücum nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Ölkənin daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, Türkiyə Aerokosmik Sənayesi (TUSAS) qərargahına edilən terror aktı zamanı hər iki hücumçu – qadın və kişi öldürülüb.

Ölənlər arasında TUSAŞ-ın dörd əməkdaşı və hücumçuları qərargaha gətirən bir taksi sürücüsü var.

Sosial şəbəkələrdə yayılan videoda şirkətin ofisinin yaxınlığında partlayış baş verdiyi, bundan sonra silahlı şəxsin binanın dayanacağına doğru hərəkət etdiyi görünür. Bundan əlavə, müşahidə kameralarından əldə edilən başqa bir videoda da hücum edənlərin bel çantaları və odlu silahlarla ətrafda gəzdiyi görünür.

Bundan əvvəl Türkiyə hökuməti hücuma görə PKK-nın məsuliyyət daşıdığına dair sübutların olduğunu bildirərkən, prezident Rəcəb Tayyib Ərdoğan isə hücumun “ölkənin varlığı məsələsi” olduğunu bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Sabahkı Parlament seçkilərində qanunla nələr qadağandır?-ƏTRAFLI

Növbəti Məqalə

Peskov: Qürurlu gürcü xalqı Qərbin ultimatumlarına dözməyəcək

Oxşar Xəbərlər