BMT-nin builki iqlim sammitinə ev sahibliyi edən Azərbaycan konfransla eyni vaxtda qlobal atəşkəsə çağırış etdiyi üçün ikiüzlülükdə ittiham olunur.
“The Guardian”da dərc olunan “Azərbaycan COP29-da qlobal atəşkəsə çağırdıqdan sonra ikiüzlülükdə ittiham olunur” adlı məqalədə belə deyilir.
Neytral.ge xəbər verir ki, noyabrın 11-dən iki həftə ərzində paytaxtı Bakıda keçiriləcək COP29 sammitinə Azərbaycan sədrlik edir. Dünyanın müxtəlif ölkələrindən hökumət başçıları və 180-dən çox ölkənin təmsil olunacağı gözlənilir.
Məqalədə deyilir ki, konfrans boyu, eləcə də ondan bir həftə əvvəl və sonrakı bir həftə ərzində Azərbaycan münaqişədə iştirak edən bütün ölkələri silahlarını yerə qoymağa çağırır. Prezidentlik həmçinin noyabrın 15-də xüsusi “sülh günü”nə və Böyük Britaniya, Almaniya, İtaliya, Uqanda və digərləri ilə birlikdə ən həssas ölkələrə kömək etmək üçün COP29 sülh və iqlim təşəbbüsünə ev sahibliyi edəcək.
“Ukrayna ilə Rusiya, İsrail və Qəzza arasındakı münaqişələr – hər ikisi Azərbaycanla həmsərhəd bölgələrdə – konfransa kölgə salacaq. Rusiya qalıq yanacaqların və istixana qazlarının emissiyasının aparıcı istehsalçısıdır, Azərbaycan isə Rusiya qazı əvəzinə Avropaya qaz tədarükünə kömək edir. Geosiyasi gərginliyin artdığı bir vaxtda iqlimlə bağlı diplomatik razılaşmanın əldə edilməsinin həmişəkindən daha çətin olacağı gözlənilir”, – məqalədə deyilir.