Tiflisdə Etiraz Aksiyalarında İştirak Edən Şəxslərin Məhkəmə Prosesi Davam Edir

Bu gün, 20 may tarixində, Neytral.ge olaraq Tiflis Səhər Məhkəməsində etiraz aksiyalarında iştirak edən şəxslərin məhkəmə proseslərini diqqətlə izləyirik. Tiflis Şəhər Məhkəməsinə etiraz aksiyalarında iştirak edən 54 nəfər çağırılıb.

Məhkəməyə çağırılan şəxslərin bir hissəsi etiraz olaraq məhkəməyə gəlməyib, digərlərinin məhkəmə prosesi isə təxirə salınaraq başqa vaxta təyin olunub. Təxminən 20 nəfərə Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsaslanaraq cərimələr tətbiq edilib. Məhkəməyə çağırılan və cərimələnən şəxslərin əsas ittihamı etiraz aksiyalarında iştirak etmələridir. Məhkəmə, etiraz aksiyalarında həmin şəxslərin fotoşəkilləri əsasında onlara cərimə təqdim edib.

Artıq bir çox mənbələrdən aldığımız məlumatlara əsasən, Daxili İşlər Nazirliyi və digər dövlət qurumları tərəfindən aksiya iştirakçılarına təzyiqlər göstərilir və onları qorxutmaq məqsədilə həbslə hədələyirlər. Bu vəziyyət, etiraz aksiyalarında iştirak edən şəxslərin hüquqlarının qorunması mövzusunda ciddi narahatlıq yaradır.

Məhkəmə prosesləri davam etdikcə, biz də bu mövzunu diqqətlə izləməyə və yenilikləri oxucularımıza çatdırmağa davam edəcəyik.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Tətil edən universitetlər,160 min tələbə and içdi

Növbəti Məqalə

12-ci sinif şagirdləri Təhsil Nazirliyi qarşısında.

Oxşar Xəbərlər