Toloraya: Məni prokurorluğa çağırdılar, amma mən müsahibəyə getməyəcəm.
“My Voice” müşahidə missiyasının təsisçisi Londa Toloraya yazır ki, Prokurorluq MSK-nın müraciəti əsasında başlanmış istintaqla bağlı Toloraya sorğuya çağırilıb, onun paylaşımına görə, o, sorğuda iştirak etmək fikrində deyil.
“Biz seçkiqabağı dövrdən indiyədək prokurorluq və istintaq orqanlarından cavab vermələrini xahiş edirik:
şəxsiyyət vəsiqələri müsadirə olunmaqla seçicilərə təzyiq faktları;
şəxsi məlumatların qanunsuz əldə edilməsi və istifadəsi faktları üzrə;
səsvermə sirrinin pozulması, seçici təzyiqi, seçki saxtakarlığı faktları üzrə;
MSK nümayəndələrinin törətdiyi vəzifə cinayətləri haqqında.
Bütün yazdıqlarımıza tam susqunluq hökm sürürdü və hələ də davam edir: istintaqın başlanması/başlanmaması barədə bizə heç kim məlumat vermədi, heç bir istintaq orqanı bizim ifadəmizlə maraqlanmadı, bircə dənə də olsun ictimai açıqlama, hətta qabaqlayıcı elan da verilmədi. MSK istintaqa başlamaq üçün prokurorluğa müraciət edib.
Əgər seçkiqabağı dövrdə prokurorluq, istintaq orqanları hərəkətə keçsəydi, indi bu reallıqla üzləşməzdik.
Bu gün mənə prokurorluqdan zəng edib MSK-ya müraciət əsasında başlanmış istintaqla bağlı istintaqa gəlməyimi xahiş etdilər.
Seçki dönəmində tam fəaliyyətsiz olmuş, nə qabaqlayıcı, nə istintaq, nə də nəzarət funksiyasını yerinə yetirməyən prokurorluğa getməyə hazırlaşmıram. Əgər bu quruma verdiyim məlumat həqiqətən vacibdirsə (artıq hər şey açıq olsa da – televiziyada və sosial şəbəkələrdə), mən məhkəməyə müraciət edəcəyəm, orada ən azı bir nəfər daha prokurorluğun bütün bu müddət ərzində necə fəaliyyətsiz olduğunu eşidəcək” – Toloraya yazır.