Tramp ABŞ-ın Panama kanalı üzərində nəzarətini bərpa etmək istəyir

2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Amerika Birləşmiş Ştatlarının prezidenti seçilən Donald Tramp Panama kanalı üzərində nəzarəti bərpa etməklə hədələyir. Tramp Panama prezidentinin reaksiyasına ironiya ilə cavab verib.

Dekabrın 22-də Arizona ştatında tərəfdarları qarşısında çıxış edən Tramp ABŞ-ın Panama kanalı vasitəsilə daşınması üçün yüksək tariflərdən narazılığını ifadə edib və bunu “ədalətsiz” adlandırıb və “ölkənin total talanına dərhal son qoyulacağını” bildirib.

Bundan əvvəl Donald Tramp özünün Truth Social sosial şəbəkəsində yazmışdı ki, Panama kanalı ABŞ-ın mühüm milli sərvətidir və onun təhlükəsizliyi ölkənin ticarəti və hərbi-dəniz donanmasının sürətli fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

Trampın sözlərinə görə, Panama kanalının ən böyük istifadəçisi olan Amerika Birləşmiş Ştatları 110 il əvvəl açılmış kanalın tikintisi üçün çoxlu insan qurbanı və külli miqdarda pul ödəyib və prezident Karter “axmaqlıq” edib və “kanalı bir dollara Panamaya verdi.”

Trampın sözlərinə görə, kanalı Çin və ya başqası yox, Panama idarə etməli idi, ona görə də kanalın yad əllərə keçməsinə imkan verməyəcəklər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Serbiyanın paytaxtı Belqradda hökumət əleyhinə aksiya keçirilib

Növbəti Məqalə

Zurabişvilinin bəyanatı ilə razıyıq, seçki tarixi tezliklə təyin olunmalıdır – 3 koalisiya

Oxşar Xəbərlər