ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp bu gün, sentyabrın 27-də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.
Tramp mətbuat konfransında görüşün yerli vaxtla saat 09:45-də Tramp Towerdə keçiriləcəyini bildirib.
“Prezident Zelenski mənimlə görüşməyi xahiş etdi və mən sabah səhər onunla görüşəcəyəm”. – Tramp dünən jurnalistlərlə danışarkən deyib.
Dünən, sentyabrın 26-da Zelenski Ağ Evdə ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrislə görüşüb, Ukrayna prezidentinin sözlərinə görə, məqsədi Ukraynada sülhün bərqərar olması, sülhün möhkəmləndirilməsi olan “Qələbə planı”nı müzakirə edib.
Bundan əvvəl media Trampla Zelenskinin görüşünün planlaşdırılmadığını yazmışdı.