Martın 4-də Tramp Ağ Evə qayıtdıqdan sonra Konqresin ilk birgə iclasında çıxış edəcək.
Mətbuata Ağ Evdən bildirildiyinə görə “Amerika arzusunu canlandırmaq” ABŞ prezidenti Donald Trampın Konqresin birgə iclasında ilk müraciətinin mövzusudur.
Ağ Ev rəsmiləri bildiriblər ki, “Amerika arzusunu canlandırmaq” başlıqlı nitq dörd əsas mövzunu əhatə edəcək:Trampın bu günə qədər ölkə daxilində və xaricdə atdığı addımlar;Tramp administrasiyasının iqtisadiyyat üçün etdikləri; Prezident yenidən Konqresi sərhəd təhlükəsizliyinə əlavə maliyyə ayırmağa çağıracaq; Prezidentin dünyada sülh ilə bağlı planları”.