ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının 2024-cü il seçkilərində prezidentliyə namizədi Donald Tramp bir neçə gün əvvəl Demokratik rəqibi Kamala Harrisə dəstək verdiyini açıqlayan amerikalı pop ulduz Teylor Svift haqqında yazı dərc edib.
“Mən Taylor Sviftdən nifrət edirəm!” – Tramp özünün Truth Social platformasında dərc etdiyi yazıda yazıb.
Neytral.ge xəbər verir ki, sentyabrın 10-da Tramp və Harris arasında keçirilən prezidentlik debatından sonra Svift 284 milyondan çox izləyicisi olan İnstaqram hesabında yazıb ki, 2024-cü il seçkilərində Kamala Harrisə səs verməyi planlaşdırır.