Tramp Ukraynanı təbii sərvətlərlə bağlı razılaşmanı pozmaqda ittiham edib

Fevralın 19-da Mayamidə keçirilən investisiya forumunda çıxış edən Tramp deyib ki, Ukrayna iki gün əvvəl razılaşmanı pozub.

Prezident Tramp bir daha təkrar etdi ki, Amerika Birləşmiş Ştatları Ukraynaya kömək üçün 350 milyard dollar xərcləyib və Kiyevə pul zəmanəti verən Avropadan fərqli olaraq, bunun müqabilində heç nə almayacaq.

Amerika Birləşmiş Ştatlarının prezidenti ilk dəfə fevralın 3-də bildirib ki, yardım müqabilində Ukraynadan nadir metallar almaq istəyir.

Fevralın 12-də Kiyevdə ABŞ-ın maliyyə naziri Skott Besant bu məsələ ilə bağlı danışıqlar aparıb. Ukrayna Prezidenti Vladimir Zelenski onunla görüşdən sonra Ukraynanın resurslarının potensialını, təhlükəsizliyin iqtisadi təminatlarını və iqtisadi tərəfdaşlıq sənədinin hazırlanmasını müzakirə etdiklərini, güclü sövdələşmə üzərində işlədiklərini və Münhen Təhlükəsizlik Konfransında irəliləyişə nail olmağa ümid etdiklərini bildirib.

Fevralın 15-də Münhendə keçirdiyi mətbuat konfransında prezident Zelenski bildirib ki, o, prezident Trampın təşəbbüsü ilə imzalanan sazişin imzalanmasını dayandırıb, çünki sənəddə Ukrayna üçün təhlükəsizlik təminatları yoxdur.

Ukrayna uran, titan və litium kimi metallara sahibdir. Məsələn, litium müxtəlif akkumulyatorların, o cümlədən elektromobillərin istehsalı üçün aparıcı komponentdir.

Fevralın 18-də Ukraynanın iştirakı olmadan Səudiyyə Ərəbistanında yüksək rütbəli ABŞ və Rusiya rəsmilərinin Kiyevdə narazılığa səbəb olan görüşündən sonra prezident Tramp “seçkisiz diktator” , “4%-lik reytinqli” və “orta səviyyəli uğurlu komediyaçı” adlandırdığı Ukrayna prezidenti Zelenskini kəskin tənqid edib.

Ukrayna prezidenti bildirib ki, ABŞ prezidenti Rusiyadan gələn dezinformasiya məkanında yaşayır və Rusiya prezidenti Putinə uzun illər təcriddən çıxmağa kömək edir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Zurabişvili: Ümid edirəm ki, hamı fevralın 25-də mitinqə gələcək

Növbəti Məqalə

Teleqraf: Starmer Trampa Ukraynaya 30 000 avropalı əsgər göndərmək planını təqdim edəcək

Oxşar Xəbərlər