Tramp: Zelenskinin mənə məktub göndərməsini yüksək qiymətləndirirəm

ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışı zamanı Ukrayna prezidenti Vladimir Zelenskinin məktubunu oxuyub. O, məktubu vacib adlandırıb və məktubu almağı təqdir etdiyini bildirib.

“Bu gün Ukrayna prezidenti Zelenskidən mühüm məktub aldım. Məktubda deyilir ki, “Ukrayna uzunmüddətli sülh gətirmək üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır.” Heç kim ukraynalılardan daha çox sülh istəməz, “Mən və komandam Prezident Trampın güclü rəhbərliyi altında davamlı sülhə nail olmaq üçün işləməyə hazırıq. Biz Amerikanın Ukraynaya öz suverenliyini və müstəqilliyini qoruyub saxlamağa necə kömək etdiyini həqiqətən yüksək qiymətləndiririk.” Ukrayna faydalı qazıntılar və təhlükəsizlik sazişini sizin üçün əlverişli olan istənilən vaxt imzalamağa hazırdır”. “Bir müddət əvvəl aldığım bu məktubu mənə göndərdiyinə görə təşəkkür edirəm”, – Tramp Vladimir Zelenskinin məktubu haqda deyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Aİ zorakılığa görə məsuliyyət daşıyanları cəzalandırır

Növbəti Məqalə

Qalmaqallı jurnalist araşdırması: DTX cinayətkar qrupu qoruyur?

Oxşar Xəbərlər