Respublikaçılar Partiyasından prezidentliyə namizəd və keçmiş prezident Donald Tramp Reuters agentliyinə müsahibəsində bildirib ki, qalib gələrsə, Tesla və SpaceX-in sahibi İlon Maskı administrasiya və ya məsləhətçi vəzifəsinə təyin etməyə hazırdır.
“O, çox ağıllı adamdır. Mən həqiqətən edərdim, əgər o özü etsəydi, mütləq edərdim. O, dahi insandır”. Tramp bildirib.
Tramp həmçinin bildirib ki, seçkidə qalib gəlsə, elektrik avtomobillərinin alınması üçün 7500 dollar vergi güzəştini ləğv edə bilər.
“Vergi güzəştləri ümumiyyətlə yaxşı hal deyil. [Mən heç bir yekun qərar verməmişəm, mən elektrik avtomobillərinin böyük pərəstişkarıyam, eyni zamanda benzinlə işləyən avtomobillərin, hibridlərin və bununla bağlı yeni gələn hər şeyin pərəstişkarıyam”. – Tramp Reuters-ə verdiyi müsahibədə bildirib.
Prezidentliyə namizəd əlavə etdi ki, o, elektrikli avtomobillər üçün “daha kiçik bir bazar” nəzərdə tutur və qalib gələrsə, Bayden administrasiyasının avtomobil istehsalçılarını daha sərt emissiya qaydalarına cavab vermək üçün daha çox elektrik avtomobili istehsal etməyə məcbur edən qaydaları ləğv edəcək.
İyulun 13-də Mask sui-qəsd cəhdindən sonra Trampı dəstəklədiyini bildirib.
“Mən prezident Trampı tam dəstəkləyirəm və ümid edirəm ki, o, tezliklə sağalacaq”. – Mask X-də yazmışdı.