ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Quantanamo həbsxanasına 30 minə yaxın qeyri-qanuni miqrant yerləşdiriləcək.
Ağ Evdəki çıxışında Tramp qeyd edib ki, o, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinə Quantanamonu “ən pis qanunsuz cinayətkarlar” üçün bir müəssisə kimi hazırlamaq üçün göstəriş verəcək.
“Bəziləri o qədər dəhşətlidir ki, biz başqa ölkələrin onlarla məşğul olacağına inanmırıq. Biz onların geri qayıtmalarını istəmirik. Ona görə də onları Quantanamoya göndərəcəyik. Buradan qaçmaq çox çətindir ” – Tramp bildirdi.
Quantanamoda yerləşən Amerika bazasında 2001-ci il sentyabrın 11-də törədilən terror aktından sonra terror təşkilatları ilə əlaqədə olmaqda şübhəli bilinən xarici ölkələrin vətəndaşlarının yerləşdirildiyi həbsxana yaradılıb.
Trampın əmrinə əsasən, bazanın Miqrant Əməliyyatları Mərkəzi sənədsiz miqrantların yerləşdirilməsi üçün genişləndiriləcək. Mövcud məlumata görə, hazırda dənizdə saxlanılan şəxslər mərkəzdədir.