Konstitusiya Məhkəməsinin sədri Merab Turavanın sözlərinə görə, Konstitusiya Məhkəməsində demək olar ki, eyni vaxtda seçkilərlə bağlı iki iddia qaldırılıb və ona görə də onlara birlikdə baxılır.
“Gürcüstanın Konstitusiya Məhkəməsində iki iddia qaldırılıb. Bildiyiniz kimi, biri Gürcüstan prezidentindən, digəri parlament üzvlərinin beşdə birinin müəllifliyi ilə təqdim olunub. Bir iddia, bilirsiniz, artıq qanunla müəyyən edilmiş müddət ərzində qeydiyyatdan keçib və Konstitusiya Məhkəməsinin internet saytında dərc olunub, ikinci iddia isə poçtla göndərilib, dünən bizə daxil olub, onun texniki tərəfi yoxlanılır, bu iddiada hər hansı qüsurun olub-olmadığı müəyyən edildikdən sonra rəsmiləşdiriləcək” – Turava bildirir.