Türkiyəli din xadimi Fətullah Gülən 83 yaşında vəfat edib

Türkiyəli din xadimi və Ərdoğanın əleyhdarı Fətullah Gülən 83 yaşında vəfat edib.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Türkiyənin dini lideri və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın tanınmış əleyhdarı Fətullah Gülən 83 yaşında ABŞ-ın Pensilvaniya ştatındakı xəstəxanalardan birində vəfat edib. Gülən 1999-cu ildən ABŞ-da yaşayırdı. 

Gülən “Hizmet” (türk dilində “xidmət” deməkdir) İslam hərəkatının qurucusu və lideri idi. Bu günə qədər Türkiyənin ikinci nüfuzlu fiquru Ərdoğan hökuməti tərəfindən 2016-cı ildə dövlət çevrilişi hazırlamaqda və cəhd etməkdə ittiham olunur. Gülən ittihamları rədd edib. 

BBC-nin yazdığı kimi, Gülən tolerant İslam ideyasını təbliğ etməklə özünü tanıtmışdır. Onun hərəkatının məqsədləri arasında Qərb tipli təhsilin, azad bazarların və dinlərarası dialoqun təşviqi var idi.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Daxili İşlər Nazirliyi “TV Pirveli”yə qarşı

Növbəti Məqalə

Aİ: Gürcüstanın gələcəyi sizin əlinizdədir

Oxşar Xəbərlər