Türkiyənin paytaxtı Ankarada dağ kurortlarından birində mehmanxanada baş vermiş yanğın nəticəsində ölənlərin sayı 66-ya çatıb, 51 nəfər isə xəsarət alıb.
Kartalkaya istirahət mərkəzindəki oteldə yanğın baş verən zaman 234 istirahətçi olub.
Məlumata görə, yanğın 12 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən otelin restoranında baş verib.
NBC News-un məlumatına görə, istirahət edənlərin bəziləri otaqlarından yanğından xilas olmağa çalışırmış – ölənlərdən ikisi təşviş içində binadan atılıb.
Türkiyə Turizm Nazirliyinin məlumatına görə, otelin təhlükəsizlik səviyyəsi sonuncu dəfə 2024-cü ildə yoxlanılıb və bina yanğın təhlükəsizliyi tədbirlərinə cavab verib. Agentliyin məlumatına görə, oteldə iki yanğın çıxışı olub.
Otel işçilərindən birinin sözlərinə görə, onlar 30-35 nəfəri xilas edə biliblər.