Türkiyədə millətçi gənclər təşkilatının üzvləri Amerika əsgərlərinə hücum edib.
Neytral.ge Reuters-ə istinadən xəbər verir ki, İzmir valisinin sözlərinə görə, “Türkiyə Gənclər Dərnəyi”nin üzvləri Konak rayonunda mülki geyimli iki amerikalı əsgərə fiziki hücum ediblər. Hadisəyə daha 5 ABŞ əsgəri şahid olub və onlar hücum edənlərlə qarşılaşıblar və sonda polis müdaxilə edib.
Polis 15 hücumçunun hamısını həbs edib və hadisə ilə bağlı araşdırmalara başlayıb.
ABŞ-ın Türkiyədəki səfirliyi hadisəni təsdiqləyib və amerikalı əsgərlərin hazırda təhlükəsiz olduğunu bildirib.
“Türkiyə Gənclik Dərnəyi” sosial şəbəkədə hadisəni əks etdirən video yayımlayıb.
“Əllərində əsgərlərimizin və minlərlə fələstinlinin qanı olan Amerika əsgərləri ölkəmizi çirkləndirə bilməz. Hər dəfə bu torpağa ayaq basanda layiq olduğun kimi qarşılanacaqsan”, – təşkilat yazıb.