Türkiyənin dağ kurortunda baş verən yanğında ölənlərin sayı 66-ya çatıb

Türkiyənin paytaxtı Ankarada dağ kurortlarından birində mehmanxanada baş vermiş yanğın nəticəsində ölənlərin sayı 66-ya çatıb, 51 nəfər isə xəsarət alıb.

Kartalkaya istirahət mərkəzindəki oteldə yanğın baş verən zaman 234 istirahətçi olub.

Məlumata görə, yanğın 12 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən otelin restoranında baş verib.

NBC News-un məlumatına görə, istirahət edənlərin bəziləri otaqlarından yanğından xilas olmağa çalışırmış – ölənlərdən ikisi təşviş içində binadan atılıb.

Türkiyə Turizm Nazirliyinin məlumatına görə, otelin təhlükəsizlik səviyyəsi sonuncu dəfə 2024-cü ildə yoxlanılıb və bina yanğın təhlükəsizliyi tədbirlərinə cavab verib. Agentliyin məlumatına görə, oteldə iki yanğın çıxışı olub.

Otel işçilərindən birinin sözlərinə görə, onlar 30-35 nəfəri xilas edə biliblər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qiorqi Baçiaşvili İvanişviliyə cavab verir

Növbəti Məqalə

Batumidə SOCAR-ın 200-ə yaxın əməkdaşı tətilə çıxıb – “Bizim biabırçı maaşlarımız var”

Oxşar Xəbərlər