Orbeliani sarayında məsləhətləşmələr – üçüncü sektorun nümayəndələri Salome Zurabişvili ilə görüşür
Avropa Parlamenti Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini rədd edir və hökuməti yeni seçkilər təyin etməyə çağırır – vətəndaş cəmiyyəti nümayəndələri və “Mənim səsim” müşahidə missiyasının üzvləri Atoneli iqamətgahında bu məsələləri müzakirə etmək üçün prezidentlə görüş keçirirlər.
Hazırda Gürcüstan prezidenti və üçüncü sektorun nümayəndələri bağlı qapılar arxasında müzakirələr aparırlar.
“Transparency International Georgia” təşkilatının icraçı direktoru Eka Qiqaurinin sözlərinə görə, Gürcüstan Prezidenti yeganə legitim orqandır və onun böyük və mühüm rolu var.
“Hamımız birlikdə böhrandan necə çıxacağımızı düşünməliyik. Bu böhranı yeganə olaraq hakim partiya yaradıb. Xalqın səsini oğurladılar, hakimiyyəti oğurladılar. Onlar tamamilə qeyri-legitimdir, o zaman ki, bizdə Gürcüstan prezidenti timsalında yeganə müstəqil qurum var. Təbii ki, bütün bunlarda onun rolu çox böyükdür. Ona ictimaiyyətin böyük etimadı var. O, ölkənin Avropaya inteqrasiyası üçün çox işlər görüb və bizim tərəfimizdən ona bütün təşəbbüslərdə dəstəyimizi və yanında olduğumuzu göstərəcəyik”,- Eka Qiqauri deyir.