Ukrayna 103 əsgərini geri qaytarıb

Ukrayna Rusiya tərəfindən əsir götürülən 103 əsgərini geri qaytarıb

Neytral.ge xəbər verir ki, Hərbi əsirlərin mübadiləsi çərçivəsində Ukrayna Rusiya tərəfindən əsir götürülən 103 vətəndaşını geri qaytarıb. Ukrayna prezidenti Vladimir Zelenski X -də məlumat yayıb. 

“Biz Rusiya əsirliyindən Ukraynaya daha 103 döyüşçünü uğurla geri qaytardıq, onlardan 82-si sıravi və çavuşlar, 21 isə zabitdir. Onlar Kiyev, Donetsk, Mariupol, Azovstal, Luqansk, Zaporojye və Xarkov vilayətlərinin mühafizəçiləri, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri, Ukrayna Milli Qvardiyasının üzvləri, sərhədçilər və polis zabitləridir” – Zelenski X-də yazır və vətənlərinə qayıdan əsgərlərin fotolarını dərc edir. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Medvedev Kiyevi hədələyir

Növbəti Məqalə

Rumıniyada daşqınlar nəticəsində həlak olanlar da var

Oxşar Xəbərlər