Neytral.ge xəbər verir ki, Sentyabrın 14-də Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın 72 “Şahed” pilotsuz uçuş aparatını məhv edib.
“Sentyabrın 14-nə keçən gecə düşmən “Şahed” tipli pilotsuz uçuş aparatları ilə bizə hücum edib.Hərbi Hava Qüvvələrimizin radiotexniki işlərini yerinə yetirən hərbçiləri Rusiyanın Kursk, Eysk və işğal edilmiş Krımın Çuda rayonlarından istiqamətləndirilmiş 76 pilotsuz uçan aparatı qeydə alıblar.
Hava döyüş əməliyyatları nəticəsində Odessa, Nikolayev, Xerson, Poltava, Xarkov, Kiyev, Donetsk, Jitomir, Dnepropetrovsk, Çerkas, Vinnitsa və Sumi vilayətlərində düşmənin 72 pilotsuz təyyarəsini vurduq.
Bundan əlavə, iki pilotsuz təyyarə Ukrayna ərazisində itirilib, daha ikisi isə Rusiyaya qaytarılıb!” – Ukrayna Hərbi Hava Qüvvələrinin hesabatında deyilir.
Rusiya hər gün Ukraynanı aviasiya və artilleriya ilə bombalayır.