Ukrayna Rusiyanın Adığedəki hərbi aerodromuna pilotsuz təyyarələrlə hücum edib.
Oktyabrın 10-na keçən gecə Ukrayna Rusiyanın Adığey Respublikasının Maykop şəhəri yaxınlığındakı hərbi hava limanına pilotsuz uçuş aparatları ilə hücum edib.
Xanskaya hərbi hava limanı Maykop şəhərindən 6 kilometr şimal-qərbdə yerləşir.
Ukrayna kəşfiyyatının məlumatına görə, bazada 272-ci təlim aviasiya bazası yerləşir.
NASA-nın yanğın monitorinq xidməti Xanskaya hərbi aerodromunun yaxınlığında güclü yanğın aşkarlayıb.
İndiyədək Rusiya Müdafiə Nazirliyinin və yerli hakimiyyət orqanlarının nümayəndələri hücuma münasibət bildirməyiblər.