Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən FSB agentlərinin saxlanıldığını açıqlayıb.
Agentliyin məlumatına görə, casus qrup F-16 qırıcıları və hərbi helikopterlər haqqında məlumat toplayırmış.
Hərbi aerodrom yaxınlığında keçirilən xüsusi əməliyyatda iki agent F-16-nın havaya qalxmasının fotolarını çəkməyə çalışarkən həbs edilib.
“İstintaq müəyyən edib ki, düşmən kəşfiyyatçıları Kremençuq şəhərinin 22 və 21 yaşlı iki sakinidir. Şübhəlilər FSB əməkdaşı tərəfindən şirnikləndirilib, onun kimliyi artıq bizə məlumdur”. – təhlükəsizlik xidmətinin bəyanatında deyilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, işğalçılar casusların əldə etdiyi məlumatlar əsasında hərbi aerodromlara hücum ediblər.
Hər iki gəncin casus günahı sübuta yetirilərsə, dövlətə xəyanətdə təqsirli bilinərək ömürlük həbs cəzası gözləyir.