Ukrayna xalqı özü qəhrəmancasına vuruşmasaydı, kim onların əvəzindən vuruşacaqdı? – Əli Kərimli

“Ukrayna xalqı özü qəhrəmancasına vuruşmasaydı, “dünyanın 2-ci ordusu ilə necə vuruşaq?” deyib məğlubiyyəti, köləliyi seçmiş olsaydı, kim onların əvəzindən vuruşacaqdı?

Əlbəttə ki, heç kim. Ukrayna xalqı özü mümkün olmayanı mümkün etdiyi üçün dünyanın ən müxtəlif guşələrindən çox böyük dəstək alır.

Gürcü xalqı hazırda əllərində olan qismən azad ölkə, 90 faiz demokratik seçki ilə kifayətlənmiş olsaydı, “azərbaycanlıların, belarusların heç bizdəki idarəolunan demokratiyası da yoxdur, buna da şükür” desəydi, kim onları zorla həqiqi azadlığa, azad seçkiyə, Avropa İttifaqına aparacaqdı? Təbii ki, heç kim. Ancaq qonşu gürcü xalqı 80 gündən çoxdur ki, yorulmadan meydanlarda azadlıq mübarizəsi aparır və bütün dünyada tərəfdarlarını artırır.

Erməni xalqı da demokratik dövlət qurmaq və Avropa İttifaqına inteqrasiya etmək uğrunda ciddi mübarizə aparır. Erməni xalqı hətta Azərbaycanla savaşdakı hərbi məğlubiyyəti də Paşinyana bağışladı ki, Rusiya boyunduruğundan xilas olub, Avropaya inteqrasiya edə bilsinlər. Onlar Avropanı seçirlər və Avropanın da bu seçimə qarşılıq verəcəyi şübhə doğurmur.

Dostlar, bəs biz azərbaycanlılar necə xilas olacağıq? Biz özümüz ilk baxışda mümkün görünməyəni mümkün etmədikcə, kim bizim əvəzimizdən Azərbaycanda demokratiya quracaq? Kim Azərbaycanı tək adam hakimiyyətindən xilas edəcək? Əlbəttə ki, heç kim.

Azərbaycanda mübarizə aparmağın nə qədər çətin olduğunu indiyə qədər ən ağır repressiyalara məruz qalmış təşkilatın sədri olaraq mən əlbəttə ki, yaxşı bilirəm. Ancaq onu da bilirım ki, hətta bu şərtlər altında da minlərlə cəbhəçi prinspial mübarizəni davam etdirir. Ancaq sayımız, gücümüz o qədər çox deyil ki, bütöv bir millətin görməli olduğu işi biz müxalifət təkbaşına görək. Xilasımız xalq olaraq bu iki yoldan birini seçməyimizə bağlıdır. Ya xalqımız özü hamılıqla (məsələn, Gürcüstanda, Serbiyada, daha əvvəl Banqladeşdə olduğu kimi) azadlıq mübarizəsinə başlayır və biz müxalifətçilər də sıra nəfəri olaraq bu ümumxalq mübarizəsinə qoşuluruq, ya da xalq bizi, müxalifəti o qədər gücləndirir ki, müxalifət özü də meydanları dolduracaq gücə sahib olur və xalqımızın azadlıq və ədalət uğrunda dinc mübarizəsinə öncüllük edir.

Buyurun, gəlin, şərh bölümündəki elektron anketi doldurun, AXCP sıralarına qoşulun, gücümüzə güc qatın, əl – ələ verib, ölkəmizdə demokratik dəyişiklikləri sürətləndirək. Biz xalq olaraq azadlığımız naminə daha böyük fədakarlıqlar edəndə dünyanın dəstəyini də yanımızda görəcəyik.” – Azərbaycanın AXCP sədri Əli Kərimli yazır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Təbriz Mədəniyyət Həftəsi”nin bağlanış mərasimində türkcə şeir oxuyan Prezident Pezeşkiana irad bildirilib

Növbəti Məqalə

Milyardları itirməmək üçün xüsusi əməliyyat – sanksiyalardan və əmlak itkisindən qorxan oliqarx tələsir

Oxşar Xəbərlər