Oktyabrın 26-da Ukraynada dünyasını dəyişən Mamuka Kekeliya kim idi?
Daha bir gürcü döyüşçü, 54 yaşlı Mamuka Kekeliya Ukraynada ölüb. Onun dostu və keçmiş döyüşçü Romeo Parulava Azadlıq Radiosuna deyir ki, o, oktyabrın 26-da Marinka şəhəri yaxınlığında, Donetsk vilayəti istiqamətində mərmi partlaması nəticəsində həlak olub.
Mamuka Kekeliyanın cənazəsini hələ də torpağa vermək mümkün olmayıb.
Romeo Parulavanın sözlərinə görə, daha bir gürcü yaralanıb və bir neçə ukraynalı döyüşçü həlak olub.
Mamuka Kekelia Ukraynaya 2022-ci ilin aprelində, müharibə başlayandan az sonra gedib. O, Ukrayna Ordusunun Quru Qoşunlarının 49-cu “Karpatski Siç”ə Əlahiddə Piyada Batalyonunun sıralarına daxil olub.