Ukraynada Rusiya Patriarxlığından ayrılmış kilsə dağıdılıb

Ukraynanın Çerkassı şəhərində maskalı şəxslər Svyato-Mixaylovski kilsəsinə soxularaq oranı qarət ediblər.

Oktyabrın 17-də səhər saatlarında hərbi keşiş Volodimir Pedko Svyato-Mixaylovskinin Kiyev Patriarxlığının tabeliyinə verildiyini bildirdi. O, məzhəbindən asılı olmayaraq vətəndaşları birgə namazda iştirak etməyə çağırıb.

Təxminən 100 hücumçu kilsəyə soxulub və camaatın bir hissəsinə fiziki zorakılıq ediblər. Məbədə müdaxilə edənlər kameraları, qapıları, pəncərələri sındırıb, bir neçə vətəndaşın mobil telefonlarını aparıblar. Hücum edənlər gözyaşardıcı qazdan da istifadə ediblər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Liluaşvili DTX-nin bəyanatı haqqında

Növbəti Məqalə

Yukneviçiane: Əsas səbəbkar İvanişvilidir

Oxşar Xəbərlər