Ukraynalılar Gürcüstana buraxılmır?

Neytral.ge xəbər verir ki, Rusiyadan deportasiya edilən ukraynalılar Gürcüstana buraxılmır. 17 ukraynalı Gürcüstanla sərhədə yaxın Darial vadisində nəzarət-buraxılış məntəqəsində saxlanılıb və onların sərhədi keçməsinə icazə verilməyib. Səbəb isə sənədlərin olmamasıdır. Bu barədə Ukrayna mətbuatı “Ukrainska Pravda” yazır və Rusiyadan deportasiya edilən ukraynalıların bir aya yaxındır ki, Zemo Lars keçid məntəqəsinin zirzəmisində dözülməz şəraitdə yaşadığını yazır.

Rusiyanın cəzaçəkmə koloniyalarından deportasiya edilən ukraynalıların bir qismi Gürcüstan sərhədinə yaxın ərazilərə, bir qismi isə “immiqrasiya qanunlarını pozduqlarına” görə gəliblər.

31 yaşlı Ukrayna vətəndaşı Oleksandr Şulhin bildirir ki, onların pasportları yoxdur və Ukrayna hakimiyyət orqanlarından şəxsiyyətlərinin təsdiqini gözləyirlər. Onun sözlərinə görə, o yalnız Ukrayna vətəndaşlığına malikdir, son 10 il ərzində Rusiyada yaşasa da, 2024-cü ilin yanvarında qəflətən həbs edilib və miqrasiya qanunlarını pozduğuna görə deportasiya edilib, baxmayaraq ki, bundan əvvəl bununla bağlı heç bir problemi olmayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Bidzina İvanişvilinin “Akvarium”u Ozurqetidə səhnəyə çıxarılıb.

Növbəti Məqalə

Beş milyon avro depozit, yoxsa rüşvət?

Oxşar Xəbərlər