Fevralın 12-də Ukraynanın müdafiə naziri Rustem Umerov Brüsseldə Ramşteyn formatı çərçivəsində görüş keçirməzdən əvvəl ilk dəfə ABŞ-ın müdafiə naziri Pit Heqsetlə görüşüb.
Bununla belə, Umerov ABŞ müdafiə naziri ilə görüşlə bağlı əlavə təfərrüatları açıqlamayıb.
Bundan əvvəl Heqset X səhifəsində NATO-nun Brüsseldəki qərargahına gəldiyini yazmışdı.
“Mən NATO-nun mənzil-qərargahına gəldim. Bizim öhdəliyimiz aydındır: NATO diplomatik klub deyil, daha güclü olmalıdır. Müttəfiqlərin çağırışa qalxmağın vaxtıdır”.
Məlumat üçün bildirək ki, bu dəfə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun sədri ABŞ deyil, Böyük Britaniya olacaq.
Bundan əvvəl Reuters agentliyi ABŞ prezidenti Donald Trampın administrasiyasının Rusiya ilə potensial sülh danışıqlarına başlamazdan əvvəl avropalı müttəfiqlərini Ukraynaya çatdırılmaq üçün daha çox Amerika silahı almağa çağırmaq niyyətində olduğuna dair eksklüziv məlumat yayıb.