Ural Hatəmi: İranda pan-türkist kimi etiketlərə qarşı məlumatlanaraq müqavimət göstərilə bilər

Bu yaxınlarda İran prezidenti Məsud Pezeşkianın Təbrizdə bir neçə siyasi fəalla görüşməsi İran siyasi mühitində ciddi mübahisələrə yol açıb. Bəzi iranlı siyasətçilər, jurnalistlər və akademiklər prezidentin “pan-türkistlər və bölücülər” ilə görüşdüyünü iddia edərək, Məsud Pezeşkianı “mənsuniyyəti bilinməyən şəxslərlə görüşməməyə” çağırıblar.

„Amerikanın Səsi”nə danışan sosioloq və siyasi fəal Ural Hatəmi “pan-türkist” və “bölücü” kimi kəlmələrin İranda siyasi diskursların “qarşıdurması və sürtüşməsi” nəticəsində yaranan etiketlər olduğunu deyir. O, bu etiketlərin eyni zamanda “hüquqi və cəza yükü daşıya biləcəklərini” vurğulayır.

“Siyasi sahədə, mübarizə sahəsində istər-istəməz həm hakimiyyətlər olsun, həm də mübarizə edən qruplar olsun, fərqli ideologiyalar olsun, bunların hamısının özlərinə məxsus diskursları olar və bu diskurs dil və kəlmələr ilə şəkillənən bir şeydir. Bu diskurslar dinamik olur. Zaman içərisində dəyişər. Zaman içərisində fərqli kəlmələri istifadə edər, azaldar və ya çoxaldar,” Ural Hatəmi söyləyir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Azərbaycan Avropaya qaz satışını artırıb

Növbəti Məqalə

İran S-400-ləri almaq fikrində deyil

Oxşar Xəbərlər