Ursula fon der Leyen: Ukraynanın Aİ-yə üzvlüklə bağlı danışıqları iyunun sonunda başlayacaq.

Ukrayna ilə Aİ-yə daxil olmaq üzrə danışıqlar iyunun sonunda başlayacaq. Bu barədə Ursula fon Er Leyen Berlində Ukraynanın yenidən qurulması üzrə davam edən konfransda bildirib. Avropa Komissiyasının sədrinin sözlərinə görə, Ukrayna bütün zəruri islahatları həyata keçirib və danışıqlara başlamağa hazırdır.
“Rusiya Ukraynanı işğal etmək üçün müharibəni davam edir, Ukrayna isə bu müharibədən qalib olması üçün mübarizə aparır. Rusiya keçmiş üçün, Ukrayna daha yaxşı gələcək üçün mübarizə aparır. Rusiya məhv edir, Ukrayna qoruyur və bu ziddiyyət ən yaxşı Xarkovda hiss olunur.
İki il əvvəl xarkovlular rusları geri çəkilməyə məcbur etdi və o vaxtdan onlar nəinki şəhəri yenidən qurdular, hətta yeni mədəniyyət ocaqları da açıblar, amma indi də ora rus bombaları hələ də yağır, yaşayış evləri, ticarət mərkəzləri hədəfə alınır, Putin şəhəri dağıtmaq istəyir. Beləliklə, Xarkov və Ukraynanın bizim dəstəyimizə ehtiyacı var və bu, bizi bu gün Berlində bir araya gətirdi. Putin məğlub olmalı, Ukrayna isə qalib gəlməlidir.
Biz Ukraynanın küldən qalxmasına və öz gələcəyinin ağası olmasına kömək etməliyik. Ukrayna bizim müəyyən etdiyimiz bütün addımları yerinə yetirdi və buna görə də biz hesab edirik ki, Aİ Ukrayna ilə üzvlük danışıqlarına artıq bu ayın sonunda başlamalıdır.
Prezident Zelenski, bu Ukraynanın bərpası ilə bağlı Avropa İttifaqının ərazisində keçirilən ilk konfransdır və sizin ölkəniz məhz burada olmalıdır. Xarkov Avropadır, Ukrayna Avropadır və bizim İttifaqımız sizin evinizdir”, – Ursula fon der Leyen bildirib.
Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Bokeriya „Gürcü Arzusu”na: Xəyanət hesabına hakimiyyəti saxlamaqdan başqa, ideologiya sizi narahat etmir

Növbəti Məqalə

Neytral.ge Baş nazir İrakli Kobaxidzenin mümkün terror aktları ilə bağlı fikirlərini olduğu kimi sizlərə təqdim edir:İvanişvilinin belə bir mümkün terror aktının ünvançısı olması heç də təəccüblü deyil – Kobaxidzenin Varheinin xəbərdarlığı ilə bağlı…

Oxşar Xəbərlər