USAID əməkdaşları Trampı məhkəməyə verib

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xaricdəki xidmət zabitlərinin və federal işçilərinin maraqlarını təmsil edən həmkarlar ittifaqları agentliyin ləğvi və xarici yardımın dondurulması prosesini dayandırmaq üçün ABŞ prezidenti Donald Trampın administrasiyasını məhkəməyə verib. Bu barədə cümə axşamı, fevralın 6-da axşam Amerikanın NPR internet nəşri və The New York Times məlumat yayıb.

“Bu hərəkətlər USAİD əməkdaşlarının, qrant alanların və podratçıların kritik işini qəfil dayandıraraq qlobal humanitar böhran yaratdı. Nəticədə minlərlə Amerika iş yerini itirdi. Və ABŞ-ın milli təhlükəsizlik maraqlarını təhlükə altına düşdü”, – NPR müxbirləri Vaşinqtonda federal məhkəmədə qaldırılan iddiaya istinad edirlər.

Sənəddə vurğulanır ki, yalnız Konqres USAID agentliyini ləğv edə bilər və Tramp administrasiyasının hərəkətləri “konstitusiyaya zidd və qanunsuzdur”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

General Sobolev bildirib ki, cəbhə xəttində eşşəklərdən istifadə olunması normaldır

Növbəti Məqalə

Putin vurulan Azərbaycan təyyarəsi ilə bağlı açıqlama verməyəcək – Peskov

Oxşar Xəbərlər