“Əl-Qaidə”nin qurucusu Usama bin Ladenin oğlu Ömər bin Laden Fransadan qovulub və ölkəyə girişi əbədi qadağan edilib.
43 yaşlı Ömər bin Laden Normandiya kəndlərindən birində yaşayırdı və burada mənzərələr çəkməklə, rəssamlıqla məşğul idi. Ölkədən qovulmağa səbəb isə sosial şəbəkələrdə dərc olunan “terrora çağırış” yazılarıdır.
Nazirin sözlərinə görə, britaniyalı həyat yoldaşı ilə bir neçə il Fransada yaşayan bin Laden sosial şəbəkədə 2023-cü ildə terroru təşviq edən şərhlər yazıb.
Yerli medianın məlumatına görə, Ömər bin Laden hökumətin diqqətini atası Usama bin Ladenin ad günü ilə bağlı sosial şəbəkədəki paylaşımına görə çəkib.