Metronun 1-ci xəttində nəqliyyatın hərəkəti bərpa olunub.
Tbilisi metrosunun 1-ci xəttində hərəkət təxminən yarım saat dayandırılıb – hərəkət artıq bərpa olunub. Nəqliyyat şirkətindən verilən məlumata görə, buna səbəb texniki nasazlıq olub və bu səbəbdən vaqonları saxlamaq lazım gəlib.
Məlumata görə, vətəndaşlardan biri Marcanişvili stansiyasında relslərə tullanaraq tunelə daxil olub.