“Başının üstünə atıldı” – vətəndaşın sözlərinə görə, Kaladze oğluna fiziki təzyiq göstərib.
Vətəndaş Nana Çxeidzenin sözlərinə görə, Kaxa Kaladze Tbilisidəki otellərdən birində oğluna fiziki təzyiq göstərib.
Meladzenin „Şənbə günü” verilişində verdiyi məlumata görə, Kaladze Sandro Çxeidzeyə fiziki təzyiq göstərib. Çxeidzenin özü “TV Pirveli” telekanalına müsahibəsində bildirib ki, o, faktı “nə təsdiq edir, nə də təkzib edir”.
Sandro Çxeidzenin anası Nana Çxeidze „TV Pirveli”-yə faktı təsdiqləyib və bildirib ki, Kaxa Kaladze oğlunun tualetə gedərkən “üstünə atılib”.
“Mən yalnız faktı eşitmişəm. Məsələ burasındadır ki, Kaladze həyasızdır və oglum ona orta barmağını göstərib. Bundan sonra o [Kaladze] oğlumun başının üstünə atılıb.
Oğlum tualetə gedərkən, o oğlumun üstündə atıldı, oğlumun eynəyi sındı”, – Çxeidze deyir.
Qadının sözlərinə görə, Kaladze oğluna “kriminal aləminin nümayəndələrini” göndərib. Televiziya süjetdə Nana Çxeidzenin danışdıqlarını gizli şəkildə lentə alındığını qeyd edir.
“TV Pirveli” telekanalının məlumatına görə, jurnalist tərəfindən Kaxa Kaladze hadisə ilə bağlı bir neçə dəfə soruşulsa da, o, şərh verməyib.