Vaşadze: Bu dəfə qalib gələcəyimizə 100% əminəm

Məni tutsalar da, həbsdən çıxmağım üçün heç kimin “Gürcü Arzusu” ilə danışıqlar aparmasına imkan verməyəcəyəm – Vaşadze

“Birlik – Milli Hərəkat”ın liderlərindən olan Qiorqi Vaşadze bildirib ki, “məni tutsalar belə, həbsdən çıxmağım üçün heç kimin “Gürcü Arzusu” ilə danışıqlara girməsinə icazə verməyəcəyəm. 

Qiorqi Vaşadze müxalifət siyasətçilərini “Rusiyanın xüsusi əməliyyatı ilə münasibətləri kəsməyə” və “Gürcü arzusu” ilə yalnız seçkilərin vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparmağa çağırıb. 

“İctimaiyyətdən xahiş edərdim ki, bu prosesdə bizi izləsinlər. Bu dəfə qalib gələcəyimizə 100% əminəm. Ancaq burada fədakarlıq, prinsipiallıq və ardıcıllıq vacibdir. O ki qaldı müxalifətə, mən mandatlarla bağlı demək istəyirəm, mən imtina edirəm və əl çəkmirəm, belə olmur. Əgər bunun qeyri-legitim olduğunu, Rusiya xüsusi əməliyyatı keçirildiyini deyirsinizsə, sonda Rusiya xüsusi əməliyyatı ilə əlaqəni kəsməlisiniz. 2020-ci ildə tamam başqa hallar oldu, danışıqlar oldu. İndi nəyisə müzakirə etmək olarsa, bu, yeni seçkilərin təyin olunmasıdır. Məni tutsalar belə, həbsdən çıxmağım üçün heç kimə “Gürcü Arzusu” ilə danışıqlar aparmağa imkan verməyəcəyəm”, – Qiorqi Vaşadze deyir.

Məlumat üçün bildirək ki, keçmiş baş nazir Qiorqi Qaxaria telekanalalların efirində „Gürcü arzusu”nun parlamentdə tək qalmamaq üçün pərdə arxasında fərdi danışıqlar aparmağa çalışacağını istisna etməyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rusiya Şimali Koreyaya zenit raketləri verib

Növbəti Məqalə

Norveçdə Rusiya və İrana casusluqda şübhəli bilinən ABŞ səfirliyinin mühafizəçisi həbs edilib

Oxşar Xəbərlər