Sərnişin təyyarəsinin hər iki bort registratoru, qara qutuları Vaşinqtondakı Reyqan Milli Hava Limanı yaxınlığındakı Potomak çayında təyyarənin qəzaya uğradığı ərazidə tapılıb.
Bu məlumatı Amerika mediasına ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası təsdiqləyib. “Qara qutular”ın məlumatlarının dekodlanması fəlakətin səbəbini müəyyən etmək üçün vacibdir.
CBS və CNN teleşirkətləri hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri zamanı artıq azı 40 cəsəd tapılıb.