Vaşinqton yaxınlığında təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalan yoxdur

Paytaxt Vaşinqtonda federal və yerli rəsmilər cümə axşamı deyib ki, çərşənbə günü Vaşiqnton yaxınlığında American Airlines-a məxsus sərnişin təyyarəsi ilə ABŞ hərbi helikopterinin havada toqquşması nəticəsində baş verən qəzada sağ qalanların olmadığı ehtimal edilir.

PSA Hava yolları tərəfindən idarə olunan American Airlines təyyarəsində 64 sərnişin və ekipaj üzvü olub, təlim uçuşu həyata keçirdiyi deyilən helikopterdə isə üç nəfərdən ibarət ekipaj olub.

İki hava nəqliyyat vasitəsi sərnişin təyyarəsi Vaşinqton yaxınlığında Arliqton şəhərindəki Ronald Reyqan Milli Hava Limanına enməyə yaxınlaşdığı vaxt toqquşub və nəticədə hər ikisi hava limanı yaxınlığındakı Potomak çayına düşüb.

Cümə axşamı hava limanında keçirilən mətbuat konfransında Yanğınsöndürmə İdarəsinin rəisi Con Donnelli bildirib ki, gecə ərzində 300-ə yaxın təcili yardım ekipajı təxminən 2,5 metr dərinliyi olan soyuq suda çətin şəraitdə işləyib.

Donelli cümə axşamı səhər saatlarında təyyarədən 27 insanın cəsədi və helikopterdən 1 ekipaj üzvünün çıxardıqlarını bildirib. O həmçinin bildirib ki, onun agentliyi yalnız tibbi ekspertizaya təhvil verilən cəsədlərin sayını bildirir və bu rəqəmlər digər hesabatlardan fərqli ola bilər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Co Vilson və Ceyms MakKliri – Biz Böyük Britaniya hökumətini ABŞ-dan nümunə götürərək Gürcüstanla strateji tərəfdaşlığı rəsmən dayandırmaq və İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırırıq

Növbəti Məqalə

Mixail Saakaşili bəyanat yayıb

Oxşar Xəbərlər