Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili aprelin 19-da Rustaveli prospektində keçirilməsi planlaşdırılan mitinqə qatılacaq və “Pasxa gecəsi”ndə Kaşveti kilsəsi yaxınlığında olacaq.
Zurabişvili sosial şəbəkədə ictimaiyyəti Kaşvetiyə gəlməyə çağırıb və yazıb:
“Pasxa yaxşıların, düzgünlərin, əzab çəkənlərin qələbə gecəsidir! Gəlin vicdan məhbuslarının valideynlərinə qoşulub həmrəylik bildirək. Biz birlikdə nifrətə, təqibə, zülmə və hədə-qorxuya qarşı ədalətli mübarizə aparırıq. Kim bacarırsa, saat 7-də Parlamentin yanında, saat 9-da Qəhrəmanlar Meydanında, amma hamısı birlikdə, şamlarla, saat 11-də Kaşvetiyə gəlsin və birlikdə Pasxa bayramını qeyd edək!”