Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının üzvü, respublikaçı Co Vilson ATƏT Parlament Assambleyasının prezidenti Pia Koumanı hazırkı mərhələdə Tbilisiyə səfər etməkdən imtina etməyə çağırıb.
“Gürcü arzusu” hökumətini qeyri-legitim hesab edən konqresmen Vilson X sosial şəbəkəsi vasitəsilə Kaumaya göndərdiyi 3 yanvar tarixli məktubu yayıb.
Co Vilsonun sözlərinə görə, ATƏT Parlament Assambleyası prezidentinin səfərindən “İvanişvili rejimi” hakimiyyətin “avtoritar zəbtinin legitimləşdirilməsi” vasitəsi kimi istifadə edəcək.
Respublikaçı konqresmenin fikrincə, Amerika vergi ödəyicilərinin pulları “qeyri-qanuni hökumət”in tanınması üçün istifadə edilməməlidir.