Neytral.ge xəbər portalı 26 oktyabr parlament seçkilərinə qoşulan azərbaycanlı namizədlər barədə izləyicilərimizi məlumatlandırmağı davam edir.
Anar Muradov – 1991 -ci il 17 may tarixində Gürcüstanda, Qardabani şəhərində anadan olub. O, 9-cü sinifə qədər rus məktəbində oxuyub, 9-cu sinifdən sonra Qardabani şəhərinin azərbaycan dilli orta məktəbində təhsilini davam edib və həmin məktəbi bitirib. Ana dilindən əlavə o, bir neçə dildə sərbəst danışır. Bu illər ərzində Anar Muradov Gürcüstanda Beynəlxalq Universitetin hüquq fakultəsini bitirib, həm də Texniki Universitetin proqram üzrə Sertifikatına nail olub. O, 6 il ərzində DİN -də polis ofiseri işləyib. 2018 ildən VMH partiyana qoşulub, 2021 ildə bələdiyyə seçkilərində Qardabani şəhəri üzrə VMH partiyasından proposional və majoritar namizədi olaraq Qardabani bələdiyyə məclisinin üzvü, hal-hazırda isə Qardabani bələdiyyə məclisinin VMH fraksiyasınin sədr müavinidir, həmçinin 26 oktyabrda keçiriləcək parlament seçkilərində VMH partiyasından parlament üzvlüyünə namizəddir.
Neytral.ge xəbər portalı olaraq Anar Muradova siyasi karyerasında uğurlar arzu edirik.