VMH partiyasının region liderləri Ceyhun Nazralovun namizədliyi haqqında açıqlama verdilər

Neytral.ge mediada Ceyhun Nazralovun VMH partiyasından namizədliyi haqqda yayımlanan xəbərə aydınlıq gətirmək məqsədi ilə partiyanın regiondakı liderləri ilə sorğu aparıb. Müsahibəni sizlərə olduğu kimi təqdim edirik.

„Ölkəmiz çox ciddi bir seçim ərəfisndədir. Artıq onlarla namizəd adları eşitmişik, eyni türk filmindəki kimi, Kamal Sunalın „Zübük” filmindəkinə bənzər namizədlərin adlarını hələ çox eşidəcəyik.

Ceyhun Narzalovun namizədliynin irəli sürülməsi haqqda partiya liderləri tərəfindən bizə heç bir məlumat verilməyib. Mən onu iki ildir „Mtavari arxi”də işlədiyni bilirdim, hazırda da işləyirmi bilmirəm. Mediadan öyrendim ki, VMH-dən namizədlik arzulayır, əslində normaldır arzulamağı, „eşidiblər qazan qaynayir, ancaq içində bişən ne olduğnu bilmirlər”. Ceyhun Narzalov yaxşı jurnalistdir, fəaliyyətini davam etsin, ölkənin, rayonun problemlərini ictimaiyyətə catdırsın, xalqa xidmətini parlamentdə yox, mediada işıqlandırmağı daha çox tövsiyə edirəm. Yenə də gəncdir, hər bir gəncimizin uğurunu görmək bizə qurur verir”.- VMH partiyasının Marneuli üzrə sədri Azad Kərimov deyir.

„VMH partyası bu gün xalq tərəfindən dəstəklənən ən böyük partyadır, 26 oktyabr seçkilərində qalibiyyəti gözlənilən halda bir çox şəxsin bizim partya tərəfindən parlamentə namizəd irəli sürülmə istəyi normaldır. Şəxsi istək və ambisialara qarşı çıxa bilmərəm.
Bizim sıralarımıza qoşulmaq istəyən hər kəsə qapılarımız açıqdır.
Lakin siyahı ilə bağlı sosial şəbəkələr üzərindən yayılan xəbərlər reallıq demək deyil. Partya siyahısının təltib olunma prosesi hələ yekunlaşmayıb, siyahıda kimlərin olacağı hələ məlum deyil. Düşünürəm ki, azərbaycanlı namizədlərlə bağlı seçimlər edilərkən illərdir mübarizə edən, xalqın yanında olan, siyasət arenasında sözünü deyə biləcək vətənpərvərlər olacaq və xalqın, eyni zamanda fəallarımızın fikiri nəzərə alınacaq.
Ceyhun bəylə bağlı məlumatı mediadan aldım, məlumatın nə dərəcədə real olduğu haqqda heçnə deyə bilmərəm”.- VMH partiyasının Marneuli bələdiyyə deputatı Nərgiz Əliyeva bildirib.

„Mən hal-hazırda Mixail Saakaşvilinin məhkəməsindəyəm, sizə buradan açıqlama verməyə hazıram. İlk növbədə demək istəyirəm ki, Ceyhun Nazralovun partiyamızdan namizədliyi irəli sürülməsi haqqda məlumatı medialardan öyrəndim. Mərkəzdən bununla bağlı nə bizlərə, nə də mətbuata açıqlama verilməyib. Əlbəttə ki, ölkəmizdə partiyamızdan namizəd olmağa bir çöxlarının arzusudur, ancaq bunun üçün bizi kimi illərdir partiyanın maraqları uğrunda mübarizə aparmaq, illərdir həyatımızı riskə atmaq, qan-tər tökmək lazımdır. Mənim fikrimcə hər bir normal düşüncəli insan başa düşməlidir ki, kənardan gəlib hər hansı bir partiyanın namizədi olmaq qeyri mümkündür. Partiya rəhbərlərindən bununla bağlı bizlərə heç bir məlumat verilməyib. Ümidvaram ki, hər hansı bir qərar qəbul edənə qədər, partiya rəhbərləri bizimlə məsləhətləşəcək və razılaşacaqlar. Hal-hazırda məlumatın nə dərəcədə real olduğu haqqda heçnə deyə bilmərəm.” – VMH partiyasının Marneuli bələdiyyə deputatı, fraksiya müavini Ramal Əhmədov bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Kirkitadze: Rustaveli tələbələri üçün Tbilisiyə gediş-gəliş pulsuz olacaq

Növbəti Məqalə

İran Rusiya ilə əlaqələri daha da dərinləşdirəcək

Oxşar Xəbərlər