Volqoqrad vilayətinin Surovkino koloniyasında məhbuslar arasında iğtişaş baş verib.
Neytral.ge xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanallarında məlumat yayılıb.
Yayılan məlumata görə, insident zamanı bir neçə məhbus girov götürülüb, 3 nəfər isə ölüb.
Bundan əlavə, hadisədə 5 nəfərin yaralandığı, o cümlədən girovlar arasında həbsxananın rəhbəri Andrey Deviatov, üç işçi və bir məhbusun olduğu məlumdur.
Rusiya təhlükəsizlik qüvvələrinə yaxın bir neçə Telegram kanalı hücum edənlərin İŞİD-ə bağlı olduqlarını bəyan etdiklərini bildirir. Bundan başqa internetdə Federal İslah Xidmətinin geyimində bir neçə nəfərin olduğu qanlı otağı əks etdirən video yayılır.
Sapa Kavkaz iddia edir ki, girovlar iki milyon dollar və bir helikopter tələb edirlər.