Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Volts Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampı tənqid etməkdən çəkinməli və minerallarla bağlı sazişi imzalamalı olduğunu bildirib. Onun sözlərinə görə, faydalı qazıntı sazişi ilə bağlı Ukraynanın etirazı qəbuledilməzdir.
“Onlar tonlarını aşağı salmalı, soyuq başla baxıb bu müqaviləni imzalamalıdırlar”. – Volts deyir.
Bundan əlavə, Volts ABŞ və Ukrayna arasındakı fikir ayrılıqlarının barışmaz olmadığını vurğulayaraq, Trampın “Ukrayna xalqını nə qədər çox sevdiyini də dediyini” qeyd edib.