Voronej vilayətində neft bazasında pilotsuz təyyarənin hücumundan sonra yanğın baş verib.
Oktyabrın 4-nə keçən gecə Rusiyanın Voronej vilayətindəki neft bazasında Ukrayna pilotsuz təyyarələrinin hücumundan sonra yanğın baş verib. Bu barədə rayonun qubernatoru Aleksandr Qusev öz Telegram kanalında yazır.
“Boş sistern yanıb. İlkin məlumata görə, xəsarət alan yoxdur. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir”. Qusev yazır.
Ukrayna Baş Qərargahı da neft bazasına hücumla bağlı məlumat yayıb.
“Obyektin ərazisində Rusiya hava hücumundan müdafiə sisteminin işi müşahidə edilib. Ən azı bir şaquli su (yanacaq) anbarının zədələndiyi təsdiqlənib”. – Baş Qərargah yazır.