“Washington Post” anonim mənbələrə əsaslanaraq yazır ki, İsrail Livanda məhdud miqyaslı quru əməliyyatı planlaşdırır və bu əməliyyat tezliklə başlaya bilər.
Nəşrin yazdığı kimi, anonim yüksək rütbəli ABŞ rəsmisi onlara deyib ki, İsrail ABŞ-ı quru əməliyyatının başlaması barədə məlumatlandırıb. WP-nin məlumatına görə, bu məlumatı onların israilli mənbəsi təsdiqləyib.
“Washington Post”un yazdığına görə, planlaşdırılan əməliyyat 2006-cı ildə Livan-İsrail müharibəsindən daha kiçik miqyaslı olacaq və ölkələrin sərhədlərinə yaxın terror infrastrukturunu məhv etmək və İsrailin şimalındakı yaşayış məntəqələri üçün təhlükəni aradan qaldırmaq məqsədi daşıyacaq.
Mənbəyə əsaslanan nəşr onu da qeyd edir ki, bu gün, sentyabrın 30-da İsrail Livanda kiçik miqyaslı reydlər keçirib.