WSJ: Tramp qeyri-qanuni immiqrantlar üçün kütləvi deportasiya reydləri planlaşdırır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası gələn həftədən başlayaraq miqrantlara qarşı genişmiqyaslı reydlər keçirməyi planlaşdırır və əsas məqsəd qeyri-qanuni mühacirləri deportasiya etməkdir. Bu məlumatı əməliyyatın planlaşdırılmasında iştirak edən dörd mənbəyə istinad edən “The Wall Street Journal” nəşri yayıb.

İlk reydin Trampın andiçmə mərasimindən bir gün sonra, yanvarın 21-də Çikaqoda başlayacağı və həftə boyu davam edəcəyi gözlənilir. ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməliyyatı həyata keçirmək üçün 100-200 əməkdaşı göndərməyi planlaşdırır.

Nəşrin yazdığına görə, reydin əsas hədəfi “ölkədə qeyri-qanuni olan, cinayəti olan immiqrantlar” olacaq.

2022-ci ilin avqustundan bu yana ümumilikdə 51 mindən çox immiqrantın şəhərə daxil olduğu Çikaqodan sonra Nyu York, Los Anceles, Denver və Mayamidə də reydlər keçirilə bilər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Tehranda silahlı hücumda iki Ali Məhkəmə hakimi həlak olub

Növbəti Məqalə

Prezident Zurabişvili Trampın yeni administrasiyası ilə görüşür – təcrid olunmuş “Gürcü arzusu”nun baş naziri isə Azərbaycana gedib

Oxşar Xəbərlər