160 nəqliyyat vasitəsi, 52 tibbi çarpayı və 22 soyuducu – Səhiyyə Nazirliyinin anbarına qoyulmuş, lakin müvafiq sənədləşmə olmayan əşyaların siyahısı belədir. Audit xidməti Nazirliyin material ehtiyatlarının idarə olunmasında sistemli nöqsanlar aşkar edib.
Belə çıxır ki, agentlik ləvazimatları inventarlaşdırmır. Nazirliyin anbarlarından 1 milyon 400 min laridən artıq tibbi məhsul və aktivin yoxa çıxdığı məlum olub. Hər halda qurum tərəfindən müvafiq sənədlər təqdim edilməyib.
Mtsxeta rayonunun Muxran kəndində də 576 min laridən artıq saxlama müddəti ötmüş məhsul aşkar edilib. Bununla da müvafiq smeta təqdim edilməsə də, anbarda olan 36 min laridən artıq məhsul tapılıb.
Maliyyə itkiləri, qanunsuzluq və qeyri-peşəkarlıq – bu qiymətləndirmə hesabatla tanış olduqdan sonra korrupsiya tədqiqatçıları tərəfindən verilib.
Tibb sahəsi üzrə ekspert Vato Surquladze hesab edir ki, buna görə konkret şəxslər məsuliyyətə cəlb edilməlidir.
Səhiyyə Nazirliyi tərəfindən bu haqda heç bir izahat verilməyib.