Xamenei: Həmas sağdır və yaşayacaq

İranın ali dini lideri Ayətullah Əli Xamenei “Həmas sağdır” və lideri Yəhya Sinvarın ölümünə baxmayaraq, qruplaşmanın sağ qalacağını bildirib.

“Sinvarın itirilməsi İsrailə müqavimət cəbhəsi üçün həqiqətən ağrılıdır, cəbhədə irəliləyiş mühüm fiqurların fədakarlığı ilə bitmir”, – Xamenei bildirib. 

Bəyanatda Xamenei həmçinin qeyd edib ki, “Həmas yaşayır və yaşayacaq”. 

“Sinvar müqavimət və mübarizənin parlaq siması idi. O, qəti qərarları ilə zalım və təcavüzkar düşmənə qarşı çıxdı. O, öz müdrikliyi və cəsarəti ilə 7 oktyabrda İsrailə düzəlməz zərər vurdu və bu, tarixə düşdü, sonra ləyaqət və qürurla cənnətlərə qovuşdu”, – deyə Xamenei bildirib. 

Məlumat üçün bildirək ki, oktyabrın 17-də İsrail Müdafiə Qüvvələri oktyabrın 16-da Qəzza zolağında keçirilən xüsusi əməliyyat nəticəsində HƏMAS-ın lideri Yəhya Sinvarın məhv edildiyini təsdiqləyib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Gürcü arzusu”na hökm – Helsinki Komissiyasının hesabatı – Natsvlişvili

Növbəti Məqalə

Xazaradze: 3 həftədə 3 əsas vəd yerinə yetiriləcək

Oxşar Xəbərlər