İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrail və ABŞ-ı İrana hücuma görə “dağıdıcı cavab zərbəsi” ilə hədələyib.
İsrail oktyabrın 26-da İranın hərbi bazalarına hücum etdikdən sonra Xamneyi və yüksək rütbəli İran rəsmiləri İsrailə qarşı təhdidlərini artırıblar.
„Düşmənlər, istər sionist rejim, istərsə də ABŞ olsun, şübhəsiz ki, İrana, İran xalqına və müqavimət cəbhəsinə qarşı etdiklərinə görə dağıdıcı cavab alacaqlar”. – İran dövlət mediasının yaydığı videoda Xamneyi deyir.
Xamneyi elan edilən hücumun tarixi və miqyasını dəqiqləşdirməyib.
Dünən, noyabrın 1-də “Axios” İsrail mənbələrinə əsaslanaraq yazıb ki, yaxın bir neçə gün ərzində, yəqin ki, ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi İran İraq ərazisindən İsrailə hücum etməyə hazırlaşır.