Mzia Amaqlobeli – azadlıq uğrunda mübarizə aparan vətənpərvər, həqiqətin və prinsipiallığın təcəssümü, rejimə və onun Rusiya siyasətinə təslim olmayan peşəkar – 16 gündür aclıq aksiyası keçirir!
Ona və bütün rejimin siyasi məhbuslarına böyük hörmət və dəstəyimi bildirirəm.
Bütün gözlənilən dəhşətli nəticələrə görə Bidzina İvanişvili və onun rejimi məsuliyyət daşıyacaq!
“Güclü Gürcüstan Koalisiyası”nın lideri Mamuka Xazaradze sosial şəbəkədə yazıb.
Məlumat üçün bildiririk ki, İvanişvili rejiminin əsirliyində olan “Batumelebi və Netqazeti”nin qurucusu Mzia Amaqlobeli 16-cı gündür ki, aclıq aksiyası keçirir.